ABŞ Prezidenti Donald Tramp Konqresdəki çıxışında Rusiya-Ukrayna nizamlanması və Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı planları təqdim edəcək. SİA xəbər verir ki, bu barədə CNN Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, prezident həmçinin Qəzza zolağında saxlanılan bütün girovların azad edilməsi üçün ABŞ administrasiyasının göstərdiyi səylərə diqqət yetirəcək.
Qeyd edək ki, Tramp martın 4-də yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 5 mart, saat 05:00) Konqresdə çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə