ABŞ Prezidenti Donald Tramp Ottavanın cavab tədbirləri görəcəyi təqdirdə ABŞ-nin Kanadaya tarifləri artıracağını bildirib. SİA xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə “Truth” sosial şəbəkə hesabında paylaşım edib. “Zəhmət olmasa Kanadanın Baş naziri Trudoya izah edin ki, o, ABŞ-yə cavab rüsumunu tətbiq edəndə bizim cavab tarifimiz dərhal eyni məbləğdə artacaq”, - Tramp qeyd edib.
Qeyd edək ki, martın 4-dən ABŞ-nin Kanada və Meksikadan idxala tətbiq etdiyi 25% tarifləri qüvvəyə minib. Trüdo isə cavabında ABŞ-dən idxala eyni rüsum tətbiq edəcəyini deyib. “Kanada ABŞ Prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsinə cavab olaraq, 155 milyard dollar dəyərində Amerika mallarına 25 faizlik rüsum tətbiq edəcək”, - Trüdo “X” hesabında yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə