Hamı qayıdır, bunlar isə gedir..?

İsveçin H&M şirkəti Rusiyadakı hüquqi şəxsin ləğvi prosesini davam etdirir

İsveçin geyim pərakəndə satış şirkəti H&M (Hennes & Mauritz Gbc AB) Rusiya bazarını tamamilə tərk etmək qərarına gəlib və Rusiya Federasiyasındakı bölməsinin ləğvi prosesini tamamlayır.

SİA-nın məlumatına görə, 2022-ci ilin dekabr ayında Rusiyada 150 H&M mağazası bağlandı. Eyni zamanda, şirkəti Rusiyada təmsil edən “H&M” MMC-nin Rusiya bölməsinin ləğvi prosesinə başlanılıb.

Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinin məlumatlarına görə, şirkət bu gələn yay, 2025-ci il iyunun 5-də tamamilə ləğv ediləcək.

Beləliklə, 2009-cu ildən bəri Rusiyada fəaliyyət göstərən geyim və aksesuarların pərakəndə satış şəbəkəsinə malik Avropanın ən böyük pərakəndə satıcısı Rusiya istehlak bazarını tamamilə tərk etmək qərarına gəlib.

Qeyd etmək istərdik ki, xarici şirkətlərin Rusiya bazarına qayıtması fəsadlarla doludur. Daha əvvəl Rusiya Sənaye və Ticarət Nazirliyinin rəhbəri Anton Əlixanov bildirmişdi ki, Rusiy a xüsusi hərbi əməliyyat fəaliyyətə başlamasından sonra onu tərk edən xarici şirkətləri “açıq qollarla” qarşılamır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə