...Ukrayna hakimiyyəti ABŞ prezidenti Donald Trampın rəhbərliyi altında işləməyə hazırdır.
SİA-nın məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin qərarını X sosial şəbəkəsində açıqlayıb.
...Mən və komandam davamlı sülhə nail olmaq üçün Prezident Trampın güclü rəhbərliyi altında işləməyə hazırıq,- deyə o yazıb.
Dövlət başçısı vurğulayıb ki, Kiyev Vaşinqtonun bunun üçün etdiyi hər şeyi yüksək qiymətləndirir və Ukrayna hakimiyyəti xatırlayır ki, ABŞ Donald Trampın ilk prezidentliyi dövründə respublikaya “Javelin” tank əleyhinə raket sistemləri təhvil verib.
Bundan əlavə, Zelenski mümkün qədər tez danışıqlar masasına oturmağa hazır olduğunu vurğulayıb.
Ukrayna prezidenti bir müddət əvvəl Ağ Evdəki qalmaqalı, onunla Amerika lideri arasında mübahisənin niyə baş verdiyini müzakirə etmək istəmədiyini bildirib. Eyni zamanda o, “bu vəziyyətin də keçəcəyinə” və ölkəni qarşıda daha vacib şeylərin gözlədiyinə əminliyini ifadə edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə