İspaniyada güclü yağışlardan sonra 16 magistral yolu su basıb

Yeni yağış mövsümü İspaniyanın cənubunda və cənub-şərqində nəqliyyatın hərəkətinə ciddi maneələr yaradıb.

SİA xəbər verir ki, yerli KİV-in məlumatına görə, mühüm magistral da daxil olmaqla 16 yolu su basıb.

Bir neçə onlarla insan sıxılmış vəziyyətdə qalıb və yanğınsöndürənlər tərəfindən xilas edilməli olub.

AEMET meteorologiya qurumu güclü yağışla əlaqədar bir sıra rayonlarda qırmızı təhlükə elan edib.

Məktəblərdə dərslər ləğv edilib. Xeres de la Frontera şəhərində yağıntının miqdarına görə rekord qeydə alınıb - hər kvadratmetrə 70 litr.

Sinoptiklər xəbərdarlıq edir ki, İspaniyanın cənubunda yaşayanlar yaxın günlərdə daha da güclü yağışlarla üzləşə bilərlər.

Yeni daşqınlar 2024-cü ilin oktyabr ayının sonlarında, Valensiyada daşqınların 200-dən çox insanın ölümünə səbəb olan hadisələrlə bağlı hesabatların dərci ilə üst-üstə düşüb.

Bölgə hələ də elementlərin zərbəsindən özünə gələ bilməyib. Açıqlanan məlumatlara görə, təcili xidmətlər həmin gün təxminən 20,000 zəng qəbul edib ki, onların dörddə üçü səlahiyyətlilər əvvəl fırtına xəbərdarlığı edib. İnsanlar evlərində, damlarda, avtomobillərdə və ya ağaclarda düşdüyü tələlərdən xilas edilmələrini xahiş etdilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə