İsveçrə hakimiyyəti Avropa İttifaqının oxşar qərarından sonra Rusiyaya qarşı sanksiyaları genişləndirmək qərarına gəlib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasının saytında məlumat verilib.
...Sanksiya məsələlərinə cavabdeh olan İqtisadi Məsələlər, Təhsil və Araşdırma Federal Departamenti Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib. İsveçrə bununla da Avropa İttifaqı tərəfindən qəbul edilmiş düzəlişləri qəbul edib. Tədbirlər 4 mart 2025-ci ildə qüvvəyə minəcək.
Bu, İsveçrə hökumətinin qərarında deyilir.
Siyahıya İsveçrədəki aktivləri dondurulacaq 48 fiziki şəxs və 35 şirkət daxildir. Bundan əlavə fiziki şəxslərin də İsveçrə ərazisinə səfəri və ya tranzit keçməsi qadağan ediləcək.
Fevralın 24-də Avropa İttifaqı yeni, 16-cı sanksiyalar paketini təqdim edib. Məhdudiyyətlər Rusiyanın “kölgə donanması” adlandırılan gəmilərin sahiblərinə və Rusiya hərbi-sənaye kompleksini dəstəkləyən və ya ondan faydalananlara təsir edib.
Nəzarət etdikləri Rusiya şirkət və təşkilatlarına təyyarə və aviasiya texnologiyaları, o cümlədən dronları idarə etmək üçün istifadə edildiyi iddia edilən oyun konsolları almaq qadağan edilib.
Rusiyanın 8 media orqanının Avropada yayımına qadağa qoyulub və s.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə