Rusiya avtomobil sənayesinin inkişaf strategiyası yenilənir

Rusiya hökuməti 2035-ci ilə qədər hesablanmış avtomobil sənayesinin inkişafı strategiyasına düzəlişlər edəcək.

SİA-nın məlumatına görə, bu barədə TASS xəbər verir. Müvafiq idarələr tərəfindən sənədin yenilənməsi barədə qərar Baş nazirin birinci müavini Denis Manturovun avtomobil sənayesinin inkişafı məsələlərinə həsr olunmuş iclasından sonra qəbul edilib.

Yenilənmənin mümkünlüyü strategiyanın özündə əks olunub. İşin bir hissəsi kimi hökumət sənayeyə dövlət dəstəyi tədbirlərinin “incə tənzimlənməsi”ni həyata keçirəcək.

Söhbət avtomobil sənayesinin inkişaf vektorunu müəyyən edən tədbirlərdən gedir.

Sənəd alternativ yanacaqla işləyən avtomobillərin istehsalı baxımından enerji strategiyası ilə əlaqələndiriləcək (sıxılmış metan, mayeləşdirilmiş metan, hidrogen). Prioritet istiqamətlər siyahısına həmçinin elektrik avtomobillərinin və sürücüsüz avtomobillərin istehsalının stimullaşdırılması daxildir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə