Qəzzanın yenidən qurulması üçün xüsusi fond yaradılacaq

Qəzza zolağının yenidən qurulması ilk mərhələdə 2 milyard dollardan 5 milyard dollara qədər investisiya yatırılacaq xüsusi fonddan maliyyələşdiriləcək. SİA xəbər verir ki, bu barədə “Əl Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, sözügedən fonda ərəb ölkələrinin adı açıqlanmayan nümayəndələri rəhbərlik edəcək. Anklavın yenidən qurulmasına müəyyən “Ərəb-Avropa komitəsi” nəzarət edəcək.

Telekanalın mənbələri, həmçinin iddia edir ki, ilk mərhələdə yollar təmir olunacaq, infrastruktur yaradılacaq və ixtisaslaşdırılmış təşkilatlar anklav ərazisinin minalardan təmizlənməsi ilə məşğul olacaq. Qahirənin təklifində Qəzzada müharibədən sonrakı idarəçilik məsələsinə də toxunulur və xüsusilə Fələstin təhlükəsizlik qüvvələrinin işinin bərpasının zəruriliyi qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə