Rusiya Yaponiya Xarici İşlər Nazirliyinin rəhbərinə girişi bağlayıb

Moskva 9 Yaponiya vətəndaşının, o cümlədən ölkənin xarici işlər naziri Takeşi İvayanın ölkəyə girişinə qadağa qoyub.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

...Xüsusi hərbi əməliyyatla əlaqədar rəsmi Tokionun ölkəmizə qarşı davam edən qondarma sanksiya hərəkətlərinə cavab tədbirləri çərçivəsində aşağıdakı Yaponiya vətəndaşlarının Rusiya Federasiyasına girişinə həmişəlik qadağa qoyulması barədə qərar qəbul edilib.

Bu departamentin məlumatında deyilir.

Siyahıya İvaya, həmçinin Yaponiyanın Ukraynadakı səfiri Masaşi Nakaqome, onun sələfi Kuninori Matsuda və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin baş vitse-prezidenti Şohey Hara daxildir.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Ukraynadakı ofisinin rəhbəri Hideki Matsunaga və bir sıra yapon korporasiyalarının prezidentləri də məhdudiyyətlərə məruz qalıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə