Ankarada sərnişin avtobusu beton səddə çırpılıb, 16 nəfər xəsarət alıb

Bazar ertəsi səhər Ankaranın Gölbaşı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 16 nəfər xəsarət alıb.

SİA xəbər verir ki, Adanadan paytaxta doğru hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək beton səddə çırpılıb.

Sərnişinlərdən beş nəfərin vəziyyəti ağırdır.

Hadisə baş verən əraziyə polis və tibbi briqadalar cəlb olunub.

Məlumata görə, qəza baş verən an avtobusda 32 sərnişin olub.

Bütün xəbərlər Facebook səhifəmizdə