Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Norfolkda yerləşən Sandrinqham malikanəsində Böyük Britaniya Kralı III Çarlz ilə görüşüb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Zelenski Londondakı “Lancaster House”da Ukrayna ilə bağlı keçirilən sammitdən sonra helikopterlə Sandrinqham malikanəsinə uçub.
Ukrayna liderini Kral III Çarlz şəxsən qarşılayıb. Tərəflər qısa söhbət edib və media üçün birgə foto çəkdirib, daha sonra görüşmək üçün iqamətgaha daxil olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə