“Zelenski sülh yolu ilə gələnə qədər ona pul verməyəcəm...”

ABŞ-ın ticarət naziri Hovard Lutnik Fox News-a müsahibəsində deyib ki, Birləşmiş Ştatlar Ukrayna prezidenti Vladimir Zelenski sülh yolu ilə gələnə qədər ona pul verməyəcək.

SİA-nın məlumatına görə, TASS amerikalı rəsminin açıqlamasına diqqət çəkib.

...Zelenski birbaşa onu maliyyələşdirən ABŞ-dan eşitməli idi: Sən bizə sülhlə gəlməyincə, sənə pul verməyəcəyik, - deyə nazir bildirib.

Bundan əvvəl ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals CNN-ə müsahibəsində deyib ki, ABŞ Zelenskinin xoş niyyətlə danışıqlar aparmaq istəyinə şübhə edir.

O, həmçinin qeyd edib ki, ABŞ-ın Ukraynada onunla iş görə biləcəyi liderə ehtiyacı var.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə