Avropa nəsildə bir dəfə baş verən anla üz-üzədir

Böyük Britaniyanın baş naziri Ukraynaya nə qədər vaxt lazımdırsa, onu dəstəkləyəcəyinə söz verib.

Böyük Britaniyanın baş naziri Keir Starmer Londonda keçirilən liderlər sammitinin açılışında deyib ki, Avropa öz təhlükəsizliyi üçün “nəsildə bir dəfə” anı gözləyir.

SİA-nın məlumatına görə, siyasətçinin sözlərini The Guardian yazır.

Starmer prezident Vladimir Zelenski ilə dünənki görüşdən sözlərini təkrarlayaraq, “Biz hamımız sizinləyik, nə qədər lazımdırsa, Ukraynanın yanındayıq” deyib.

Eyni zamanda, baş nazir xəbərdarlıq edib ki, bu, Avropanın təhlükəsizliyi üçün nəsildə bir dəfə baş verən bir məqamdır, çünki Ukrayna üçün yaxşı nəticəyə nail olmaq yalnız doğru və ya yanlış məsələsi deyil, bu, buradakı hər bir xalq,bir çox başqaları üçün həyati əhəmiyyət kəsb edir.

...Starmer qeyd edib ki, o, Ukrayna ilə bağlı plan üzərində işləmək niyyətindədir ki, sonra bunu ABŞ-la müzakirə edib birlikdə irəliyə aparsın.

Siyasətçi əlavə edib ki, sammit zamanı danışıqlarda əsas diqqət tərəfdaşların ədalətli və davamlı sülhə nail olmaq üçün necə birgə işləyə biləcəyi və Ukraynanı necə dəstəkləmək barədə olacaq, çünki “Rusiya sülhdən danışanda belə, amansız təcavüzünü davam etdirir”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə