Onların barəsində həbs qərarı verildi

İstanbul Baş Prokurorluğu sosial media fenomeni Dilan Polat və onun həyat yoldaşı Engin Polat haqqında "Narkotik maddələrdən istifadə və onların saxlanılması" ittihamı ilə təhqiqata başlayıb. SİA "Haber Global" telekanalına istinadla xəbər verir ki, təhqiqat çərçivəsində prokurorluq şübhəlilər barəsində həbs qətiimkan tədbiri seçib. Buna səbəb sosial şəbəkədə yayılan video olub. Videoda narkotik maddələrdən istifadə edən digər şəxslər barəsində də həbs qətiimkan tədbiri seçilib. Prokurorluğun göstərişi ilə polis şübhəlilərin saxlanılması istiqamətində əməliyyata başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə