İtaliyanın Baş naziri Corciya Meloni ABŞ, Avropa və müttəfiqlərini təcili zirvə toplantısı təşkil etməyə çağırıb. SİA xəbər verir ki, Corciya Meloni Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşü və baş verən mübahisədən sonra zirvə toplantısı keçirməyin vacibliyini qeyd edib.
“Qərbin parçalanması hamımızı zəiflədir və sivilizasiyamızın tənəzzülünü görmək istəyənlərin işinə yarayır. Son illərdə birlikdə müdafiə etdiyimiz Ukrayna başda olmaqla, bugünkü böyük çağırışları və gələcəkdə həll yollarını müzakirə etmək üçün ABŞ, Avropa dövlətləri və müttəfiqləri arasında təcili zirvə toplantısı təşkil etmək lazımdır”, - o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə