Britaniyanın Baş naziri Volodimir Zelenski ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Britaniyanın Baş naziri Kir Starmer ilə Dauninq Stritdə görüş keçirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, görüş zamanı Zelenski müharibənin başlanğıcından bəri Böyük Britaniyanın Ukraynaya göstərdiyi dəstəyə görə Starmerə təşəkkür edib. O, həmçinin bazar günü Kral III Çarlz ilə görüşəcəyini təsdiqləyib.

Kir Starmer Britaniyanın Ukraynaya dəstəyinin davam edəcəyini vurğulayıb: “Biz Ukraynanın yanındayıq və bu, nə qədər lazım olsa, davam edəcək”, - deyə Baş nazir qeyd edib. Hökumət başçısı Ukraynanın suverenliyinə və təhlükəsizliyinə əsaslanan dayanıqlı sülh yolunu tapmaq üçün əlindən gələni etdiyini bildirib.

Martın 2-də Kir Starmer Avropa liderlərinin sammitinə ev sahibliyi edəcək. Görüşdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması və Avropanın müdafiə strategiyaları müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə