Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 2-də Londonda keçiriləcək görüşdə Moskva və Kiyev arasında Ukrayna münaqişəsinin həlli üzrə danışıqların İstanbulda keçirilməsini təklif edəcək.
SİA-nın məlumatına görə, bu barədə RİA Novosti diplomatik dairələrdəki mənbələrə istinadən xəbər verir.
...Nazir 2022-ci ilin martında Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi edən Türkiyənin qarşıdakı dövrdə vasitəçi rolunu öz üzərinə götürməyə hazır olduğunu vurğulayacaq.
Mənbə bunu nəşrdən sitat gətirir.
Qeyd olunur ki, türkiyəli diplomat Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış edəcək.
Əvvəllər məlum olub ki, Baltikyanı ölkələrin rəhbərliyi Böyük Britaniyanın gələn bazar günü, martın 2-də Ukrayna üzrə sammitdə iştirak etmək üçün respublika rəhbərlərini dəvət etməməsindən çox narazıdır.
Qeyd olunur ki, Baltikyanı ölkələrdə bu qərar Rusiyaya siqnal kimi qiymətləndirilir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə