...Vəziyyətlə tanış olan “Record” üç mənbəyə istinadən xəbər verir ki, ABŞ müdafiə naziri Pit Heqset ABŞ Kiber Komandanlığına Rusiyaya qarşı planları, o cümlədən hücum kiber əməliyyatlarını dayandırmağı əmr edib.
Heqsetin əmrinin vaxtı məlum deyil, lakin komandanlığa bunun "yaxın gələcəkdə" qüvvəyə minəcəyi barədə məlumat verilib.
SİA-nın məlumatına görə, bunu nəşrin mənbələri bildirib. Hazırda ABŞ Kiber Komandanlığı Heqsetə dondurulmuş bütün missiyaların, habelə Rusiyadan hələ də yayılan potensial təhlükələrin siyahısını təqdim edəcək “risk qiymətləndirməsi” aparır.
Heqsetin əmri şəxsən Kiber Komandanlığın rəhbəri general Timoti Hoya verilib, o da öz növbəsində bunu ABŞ-ın kiber əməliyyatlarına rəhbərlik edən general-mayor Rayan Herritic də daxil olmaqla, tabeliyində olanlara ötürüb.
Sərəncam Ukraynaya yardımla bağlı əməliyyatlara da şamil oluna bilər.
Bunu da “Record” yazır.
Əvvəllər Kiber Komandanlıq Ukraynanın “rəqəmsal” müdafiəsini gücləndirmək, habelə kəşfiyyat məqsədləri də daxil olmaqla, Moskvanın imkanlarını araşdırmaq üçün Kiyevə mütəxəssislər göndərmişdi.
Kiberqoşunların təxminən 6000 nəfərlik qüvvəsinin gələcəyi qeyri-müəyyən olaraq qalır. Onların arasında hər dördüncü şəxs qlobal kibercinayətkarlığın qalası sayılan və Amerikanın özəl şirkətlərinə eləcə də dövlət qurumlarına qarşı çoxsaylı kiberhücumlarda iştirak edən Rusiyaya diqqət yetirir. …Heqsetin əmri təxminən bir həftə əvvəl verilib.
Və buna görə də, bu, Donald Tramp və Vladimir Zelenski arasında canlı televiziyada 10 dəqiqəlik mübahisə ilə nəticələnən və Ukrayna nümayəndə heyətinin Ağ Evdən qovulması ilə nəticələnən qalmaqallı danışıqlarla əlaqəli deyil.
Lakin sərəncam Milli Təhlükəsizlik Agentliyinə və onun Rusiyaya qarşı elektron kəşfiyyatla bağlı işinə şamil edilmir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə