Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən Böyük Britaniyaya uçub. SİA xarici mətbuata istinadən xəbər verir ki, onun təyyarəsi Amerikanın Endrüs aviabazasından Londonun Stansted aeroportuna yola düşüb.
Ağ Evdə uğursuz danışıqlardan sonra Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ və Ukrayna liderləri ilə telefon danışıqları aparıb.
Martın 2-də Londonda Zelenskinin iştirakı ilə Avropa liderlərinin görüşü keçiriləcək.
Görüşdə Avropanın Ukraynaya hansı zəmanətləri verə biləcəyi müzakirə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə