Dünyada olan nadir xəstəliklər BUNLARDIR - FOTOLAR

Dünyada təsbit edilən təxminən 7 min nadir xəstəlik əsasən uşaqlar olmaqla təxminən 400 milyon insanı təsir edir. Xəstəliklərə diaqnoz qoyulsa belə, insanların təxminən 95 faizi müvafiq müalicə ilə sağala bilməyəcək. SİA-nın verdiyi məlumata görə, Avropa Nadir Xəstəliklər Təşkilatı (EURORDIS) maarifləndirmə məqsədi ilə hər il fevral ayının son gününü “Ümumdünya Nadir Xəstəliklər Günü” elan edib. 2008-ci ildən qeyd olunan “Ümumdünya Nadir Xəstəliklər Günü” bu il fevralın 28-nə təsadüf edir. Dünyada təxminən 7 min nadir xəstəlik müəyyən edilmişdir. Təxminən 400 milyon insan bu xəstəliklərlə mübarizə aparır. Nadir xəstəliklərin təxminən 80 faizinin irsi, 20 faizinin isə infeksiya, allergiya və ətraf mühit faktorları vasitəsilə insanlara təsir etdiyi məlumdur. "EURORDIS" statistikasına görə, dünya əhalisinin təxminən 5 faizini əhatə edən nadir xəstəliklərin 75 faizi uşaqlarda müşahidə olunur.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə