Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığında Rusiya-Ukrayna müharibəsini müzakirə edib. SİA xəbər verir ki, bu barədə Türkiyə liderinin məbuat xidməti məlumat yayıb. “Prezident Ərdoğan İngiltərə Baş naziri Kir Starmer ilə telefon danışığı aparıb”, məlumatda bildirilib. Qeyd olunub ki, tərəflər Ankara ilə London arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
“Prezident Ərdoğan görüş zamanı bildirib ki, Türkiyə ədalətli və davamlı sülhün bərqərar olması ilə Rusiya ilə Ukrayna arasında müharibənin tezliklə sona çatması üçün səy göstərir”, - məlumatda deyilir.
Bundan başqa, Türkiyə lideri ölkəsinin “indiyədək etdiyi kimi, danışıqlara ev sahibliyi etmək də daxil olmaqla, sülhü asanlaşdırmaq üçün lazım olanı etməyə hazır” olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə