Ərdoğan Putini Türkiyəyə dəvət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putini Türkiyəyə dəvət edib. SİA “Kommersant”a istinadən xəbər verir ki, bunu jurnalistlərə Ərdoğanla görüşdən sonra Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib. “Cənab Ərdoğanla görüş çox maraqlı, çox mənalı keçdi. Mən onun Rusiya Prezidenti Vladimir Putinə şifahi mesajını çatdırdım. O, məndən cənab Putinin Türkiyəyə səfərə gözlədiyini və bunu ona çatdırmağımı xahiş etdi. O, Rusiya liderini yaxın dost adlandırdı”, - Federasiya Şurasının sədri bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə