Rusiyada minik avtomobillərinin istehsalı artıb, amma digər...

Yanvarın sonuna Rusiyada bütün avtomobil zavodları cəmi 54,4 min minik avtomobili istehsal edib ki, bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə +20,2 faiz təşkil edib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rosstat məlumat yayıb.

Sərnişin avtomobillərinin istehsalı avtomobil sənayesinin ilin əvvəlində artım göstərən yeganə sahəsidir. 2025-ci ilin ilk ayında yük avtomobillərinin istehsalı 30,8 faiz azalıb (8,9 min avtomobil yığılıb).

Kiçik ölçülü avtobusların istehsalı (ümumi çəkisi beş tona qədər olan) ötən ay 529 ədəd, mənfi 46,5 faiz təşkil edib.

Ötən ay 849 orta və iri ölçülü avtobuslar (ümumi çəkisi beş tondan çox) yığılıb ki, bu da 30,7 faiz azalıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə