Martın 22-də “Crocus City Hall”-da memorialın açılışı olacaq

Emin Ağalarov Krasnoqorskda “Krokus”un yaxınlığında terror aktı qurbanlarının xatirəsinə ucaldılan abidənin açılacağı tarixi açıqlayıb

...Abidənin qara qranitdən hazırlanması qərara alınıb.

SİA-nın məlumatına görə, memorial strukturun layihəsini Crocus Group-un rəhbəri Araz Ağalarov hazırlayıb.

“Crocus City Hall” konsert zalında baş vermiş faciəli hadisələrin ildönümündə kompleksin ərazisində həlak olanların xatirəsinə ucaldılmış abidə açılacaqdır.

Bu barədə “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov məlumat verib.

Direktorun sözlərinə görə, xatirə abidəsi qara qranitdən tikiləcək. Maraqlıdır ki, layihənin müəllifi zədələnmiş konsert zalının sahibi olan “Crocus Group” şirkətinin prezidenti Araz Ağalarovdur.

Xatırladaq ki, faciə martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində baş verib: silahlı yaraqlılar konsert salonuna gələnlərə atəş açıb və auditoriyada yanğın başlayıb. Terror aktı 145 nəfərin həyatına son qoyub.

RİA Novosti xəbər verir ki, fevral ayında kompleksin ərazisində memorialın yaradılması üzrə işlərə başlanılıb. Qeyd etmək lazımdır ki, Crocus Group Rusiyada kommersiya daşınmaz əmlakının aparıcı inkişaf etdiricilərindən biridir. Şirkətin portfelinə “Crocus Expo” sərgi mərkəzi, “Veqas” ticarət-əyləncə kompleksləri və “Tvoy Dom” hipermarketlər şəbəkəsi kimi Moskva vilayətinin simvolik obyektləri daxildir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə