Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Sloveniyanın paytaxtı Lyublyana şəhərində məlumatlandırma aksiyası keçirilib.
SİA xəbər verir ki, Azərbaycan Türk Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Lyublyana şəhərinin mərkəzi küçələrində, dövlət müəssisələrinin qarşısında yerləşən rəqəmsal ekranlarda “Xocalını unutmayaq” QR kodlu bannerlər nümayiş olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində təşkil olunan aksiyanın əsas məqsədi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş insanlığa qarşı cinayətlər barədə həqiqətlərin çatdırılması və xatırladılması, bu faciənin unudulmaması, ona beynəlxalq səviyyədə hüquqi qiymətin verilməsinin zəruriliyini diqqətə çatdırmaqdır.
Aksiya Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının iqamətgahı Vyana şəhərində olmaqla Sloveniya Respublikasındakı səfirliyinin dəstəyi ilə həyata keçirilir. Qeyd edək ki, "Xocalını unutmayaq" aksiyası Lyublyana şəhərində ötən il də keçirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə