Rusiya bölgəsində zəlzələ baş verib

Rusiya bölgəsində zəlzələ baş verib

Novosibirsk vilayətində zəlzələ baş verib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Geofizika Xidmətinin Altay-Sayan bölməsinin mətbuat xidməti məlumat yayıb.

Seysmik hadisə Kamenka kəndi yaxınlığında, Moşkovski rayonunda baş verib.

Sakinlər 3,8 bal gücündə yeraltı təkanlar hiss ediblər. Geofiziki xidmətin məlumatına görə, episentrdə zəlzələnin gücü 5 bala çatıb. Ölənlər və ya infrastruktura dəyən ziyan barədə məlumat verilmir.

Ötən çərşənbə axşamı, fevralın 18-də Altay Respublikasının Qoş-Ağaç bölgəsində zəlzələ baş verib. Seysmik hadisənin gücü 3 bal olub.

Zəlzələ Beltir kəndindən 4,3 kilometr cənubda baş verib. Seysmik hadisə zonasının uzunluğu 50 kilometr olub və doqquz yaşayış məntəqəsini əhatə edib: Beltir, Qoş-Ağaç, Çağan-Uzun, Ortolık, Kuray, Tobelər, Telengit-Sortoqoy, Novı Beltir, Muxor-Tarxata. Yerli sakinlərdən heç kim xəsarət almayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə