Voloqdada müsəlman pravoslav kilsəsində namaz qılıb və...

Bu da Rusiyada dini qalmaqala səbəb olub…

...Moskva müftisi İldar Alyautdinov qeyd edib ki, dini nöqteyi-nəzərdən kilsə naziri etiraz etmədiyi təqdirdə belə bir hərəkət məqbuldur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiyada, Voloqdada bir müsəlman Müqəddəs Nikolay kilsəsində namaz qılıb.

Bundan sonra Moskvanın müftisi İldar Alyautdinov bəyan edib ki, dini nöqteyi-nəzərdən din xadiminin etiraz etmədiyi halda bu cür davranış məqbuldur.

Protokos Andrey Tkaçev Alyautdinovun sözlərinə cavab verərək vurğulayıb ki, müsəlmanın duası üçün daxili konsentrasiya kifayətdir, xalçadan istifadə və ritual hərəkətlərin icrası isə “ənənəni pozan təxribatdır”.

...O, kilsəyə girə bilər, möminlər arasında dayana bilər, öz bildiyi kimi, səssizcə, ağlında, ürəyində dua edə bilər. Heç kim bunu heç vaxt qadağan etməyəcək.

Bunu rusiyalı keşiş deyib.

...“Regnum” informasiya agentliyinin baş redaktoru Marina Əhmədova Telegram kanalında həmin şəxsin niyə pravoslav kilsəsini ziyarət etməsi ilə bağlı sual qaldırıb.

...“Sual yaranır: müsəlman hansı məqsədlə namaz qılmaq üçün kilsəyə gəlib? Başqa dinə mənsub olanları məbədlərində utandırmaqdansa, yaxşı olar ki, bu vaxta qədər namaz qılmasınlar, sonra qəza etsinlər.

SİA-nın əlavəsi: Deməli, bu təxribtlı çümləni söyləyən Marina Məhəmmədnəbiyevna Əhmədova Tomskda doğulsa da, kökləri Dağıstana gəlib çıxır, amma belə görünür,..yox, 100 faiz “zatı qırıq” çıxanlardandır..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə