Ukrayna ABŞ-ın ölkəyə 500 milyard dollar dəyərində fond qurulması tələbinə qarşı çıxıb. SİA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi danışıqların gedişi ilə tanış olan ukraynalı rəsmiyə istinadla məlumat yayıb. Fond Rusiyanın hərbi əməliyyatlara başladığı gündən bəri Ukraynaya göstərilən köməyə qarşılıq olaraq ABŞ-a ölkənin mineral resurslarında pay veriləcəyini nəzərdə tuturdu. Lakin Ukrayna rəsmiləri ABŞ-ın göstərdiyi köməyin həqiqi miqdarının təxminən 90 milyard dollar, yəni tələb olunan məbləğdən demək olar ki, 5 dəfə az olduğunu bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə