Qadın rus dilinə görə müştəriyə xidmət göstərməkdən imtina edib

Kiyevdə bank işçisi rus dilində müraciət edən müştəriyə xidmət göstərməkdən imtina edib.

SİA-nın məlumatına görə, müvafiq videonu “Strana.ua” Telegram kanalı dərc edib.

Bank işçisi olan qadın rus dilini başa düşmədiyini iddia edərək müştəriyə başqa filial axtarmağı təklif edib. ...Düşünürəm ki, söhbətimiz bitdi, - deyə bank işçisi bildirib.

Üstəlik, yerləşdirilən kadrlarda həmin şəxsin təkcə rus dilində deyil, həm də ukrayna dilində necə səlis danışdığı göstərilir. Bundan əvvəl Ukraynanın rus dilində mahnılara qadağa qoymaq istədiyi barədə məlumat yayılmışdı.

Müvafiq petisiyada tələb olunan 25 min imza toplanıb. İndi kollektiv müraciətə Ukrayna Nazirlər Kabineti tərəfindən baxılmalıdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə