Tramp Çarlz Braunu vəzifəsindən azad edib

ABŞ prezidenti Donald Tramp Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braunu və daha beş admiral və generalı vəzifəsindən azad edib.

SİA-nın məlumatına görə, o, ölkənin hərbi rəhbərliyində görünməmiş dəyişiklik edib.

Deutsche Welle yazır ki, cümə günü, fevralın 21-də Ağ Evin rəhbəri Truth Social sosial şəbəkəsində ABŞ Hərbi Hava Qüvvələrinin generalı Den Keyni Braunun varisi kimi irəli sürəcəyini açıqlayıb.

DPA və Reuters xəbər verir ki, bununla da Tramp ABŞ-ın yeni liderlərinin adətən əvvəlki administrasiyalardan təyin olunmuş şəxsləri yüksək hərbi vəzifələrdə saxlaması ilə bağlı çoxdankı ənənəni pozub.

...Mən general Çarlz... Brauna ölkəmizə 40 ildən artıq xidmətinə görə təşəkkür etmək istəyirəm. O, gözəl centlmen və görkəmli liderdir və ona və ailəsinə böyük gələcək arzulayıram.

Bunu Amerika lideri qeyd edib.

...General Keyn təcrübəli pilot, milli təhlükəsizlik üzrə ekspert, uğurlu sahibkar və idarələrarası eləcə də xüsusi əməliyyatlarda əhəmiyyətli təcrübəyə malik “döyüşçüdür.

Bunu da Tramp əlavə edib.

Trampın sözlərinə görə, Keyn vəzifəsinin birinci dövründə İslam Dövləti terror təşkilatının “xilafətinin tamamilə məhv edilməsində” böyük rol oynayıb – bu, “rekord müddətdə edilib”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə