...Braziliya Amazonunun şimal-şərq hissəsində tədricən yerin altına batmaqda olan Buritikupu şəhəri yerləşir. Fevralın 21-də Reuters agentliyinin verdiyi məlumata görə, bir neçə metrə çatan dərin çuxurların əmələ gəlməsi ilə əlaqədar yerli hakimiyyət orqanları fövqəladə vəziyyət elan etmək məcburiyyətində qalıb.
SİA-nın məlumatına görə, ümumilikdə 55 min sakindən 1200-ə yaxınının evlərini itirmək təhlükəsi ilə üzləşdiyi, bəzi binaların artıq dağıldığı bildirilir.
Şəhər hökumətinin verdiyi fövqəladə qərarda qeyd olunur ki, son bir neçə ay ərzində kraterlərin ölçüsü “yaşayış məntəqələrinə əhəmiyyətli dərəcədə yaxınlaşaraq eksponent olaraq artıb”.
Agentliyin məlumatına görə, çökmələr boş qumlu torpaqları tədricən məhv edən leysan yağışları, keyfiyyətsiz tikinti və meşələrin qırılması nəticəsində yaranır.
İctimai İşlər Naziri və Buritikupudan olan mühəndis Lukas Konseysao, bələdiyyənin çökmə ilə bağlı mürəkkəb problemi həll etmək üçün açıq şəkildə resurslarının olmadığını söyləyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə