“İndi bizim özünü kralımız adlandıran bir prezidentimiz var...”

Madonna Trampı tənqid edib

...Ötən gün amerikalı müğənni Madonna Instagram Stories səhifəsində ABŞ prezidenti Donald Trampın hərəkətlərini tənqid edib.

...Mən düşünürdüm ki, bu ölkə bir padşahın dövründə həyatdan qaçan avropalılar tərəfindən qurulub. İndi bizim özünü kralımız adlandıran bir prezidentimiz var.

Səhifəsinin 20 milyona yaxın abunəçisi olan sənətçi “...əgər bu zarafatdırsa, mən bunu gülməli hesab etmirəm”-deyib.

Qeyd edək ki, Tramp fevralın 19-da Truth Social sosial media saytına müraciət edərək Nyu-York şəhərinin mərkəzində tıxac qiymət proqramına son qoymaqla Nyu-Yorku “xilas etdiyini” iddia edib.

Ağ Evin rəsmi X hesabında Trampın tac taxdığı illüstrasiya ilə müşayiət olunan, guya Time-a bənzəyən, lakin “Tramp” başlıqlı jurnalın üz qabığında bu mesaj paylaşılıb.

SİA-nın məlumatına görə, “The New York Times” qeyd edir ki, Tramp qızıla olan sevgisi və kral hakimiyyətinin digər atributları ilə məşhurdur.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə