Ağ Ev: Ukrayna münaqişəsi tezliklə bitəcək

Ukraynada münaqişə “tezliklə” bitəcək.

SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals CPAC-ın mühafizəkar konfransı zamanı deyib.

...Beləliklə, ABŞ Prezidenti Donald Trampın dövründə bu müharibə bitəcək və tezliklə başa çatacaq, - müşavir bildirib.

Vals çıxışında Trampı “sülhün prezidenti” adlandırıb.

Tramp bu yaxınlarda Ukrayna böhranının sülh yolu ilə həllinə dair görüşlərdə Vladimir Zelenskinin “o qədər də vacib olmadığını” bildirmişdi.

Amerika lideri onu da qeyd edib ki, bu görüşlərdə ukraynalı siyasətçinin görünməsini istəməzdi.

Ağ Evin rəhbəri həmçinin Avropa İttifaqı qarşısında sərt şərtlər qoyub və ona Ukraynanın “kapitulyasiyası”nın şərtlərini razılaşdırmaq üçün üç həftə vaxt verib.

Rəsmi olaraq, Aİ ölkələrinin hökumətləri səviyyəsində həm bu müddətlər, həm də “kapitulyasiya” ifadəsi rədd edilir. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Trampın Ukrayna böhranını tez bir zamanda həll edəcəyinə dair vədindən danışıb.

Rusiya lideri ABŞ-ın Ukrayna ilə bağlı obyektiv məlumat almağa başladığını da bəyan edib.

Bundan əvvəl Zelenskiyə Ukraynanı tərk etmək tövsiyə olunub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə