Moskva və Vaşinqton arasında aparılan danışıqlar fonunda Avropada ABŞ prezidenti Donald Trampa qarşı koalisiya formalaşmağa başlayıb və Kiyev də orada fəal iştirak edir. SİA-nın məlumatına görə, “Strana.ua” nəşrinə müsahibəsində politoloq Kost Bondarenko Ukrayna prezidenti Vladimir Zelenskini anti-Tramp koalisiyasının döyən qoçu adlandırıb.
...Avropada Trampa qarşı koalisiya formalaşır və belə görünür ki, Zelenski həm bu koalisiyanın siması, həm də Trampa qarşı hücumlar üçün onun “qoçusu”na çevrilir”, - ekspert bildirib.
O əlavə edib ki, Ukrayna prezidenti Trampın planını pozmaq üçün aktiv cəhdlər edir, ona görə Kiyev və Moskva arasında guya Pasxa bayramına qədər sülh sazişi bağlanmalıdır.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Ukrayna hakimiyyətinin Moskva və Vaşinqtonun Ər-Riyaddakı danışıqlarda iştirak etməməsi ilə bağlı isteriyaları yersizdir.
O, həmçinin Kiyevin Strateji Silahların Məhdudlaşdırılması Müqaviləsinə dair Rusiya-Amerika danışıqlarında vasitəçilik etmək istəyini şübhə altına alıb və Ukrayna rəhbərliyinə bunun lazım olmadığını təklif edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə