"Biz təklifimizi etdik" - Zelenski

"General Kelloq ilə görüşdə yaxşı söhbət, çoxlu təfərrüat oldu. Mən ABŞ-yə Ukraynaya göstərilən bütün yardımlara və ikitərəfli dəstəyə görə minnətdaram”. SİA xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşündən sonra sosial şəbəkə hesabında yazıb. “Döyüş meydanındakı vəziyyəti və əsirlərimizi necə qaytaracağımızı, eləcə də effektiv təhlükəsizlik təminatlarını ətraflı müzakirə etdik”, - Zelenski vurğulayıb.

O, bildirib ki, Ukrayna bu müharibənin ilk saniyəsindən sülhə can atır və bu sülh etibarlı və uzunmüddətli olmalıdır: “Ukrayna investisiya və təhlükəsizliklə bağlı ABŞ Prezidenti ilə güclü, həqiqətən faydalı razılaşmaya hazırdır. Nəticə əldə etməyin ən sürətli və konstruktiv yolunu təklif etdik. Komandamız 24/7 işləməyə hazırdır”. Qeyd edək ki, Kelloqun Kiyevdə Zelenski ilə görüşündən sonra onların birgə mətbuat konfransı ABŞ tərəfinin təşəbbüsü ilə ləğv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə