Abxaziyada yaşayan ruslara qarşı nifrətin qızışdırılması ilə bağlı iş açılıb

...Rusiya İstintaq Komitəsi Abxaziyada yaşayan Rusiya vətəndaşlarına qarşı nifrət və düşmənçiliyin salınması faktı ilə bağlı cinayət işi açıb.

SİA xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

...Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rusiya Federasiyasının vətəndaşlığını daşıyan Abxaziya Respublikasında yaşayan ermənilərə, ruslara və abxaziyalara (Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi) qarşı zorakılıq hədəsi ilə nifrət və düşmənçiliyin qızışdırılması ilə bağlı cinayət işi açıb.

Rusiya istintaqı müəyyən edib ki, fevralın 16-dan gec olmayaraq şəxslər internetdən istifadə edərək yuxarıda adı çəkilən millətlərin vətəndaşlarını təqib etməyə çağırıblar. ...Müraciətlərdə erməni millətinin nümayəndələrinə qarşı kütləvi repressiyaların, digər qanunsuz hərəkətlərin, o cümlədən zorakılığın tətbiq edilməsinin zəruriliyini əsaslandıran və təsdiq edən ifadələr var. Digər epizodlar da araşdırılır, - deyən Petrenko bildirib.

Onun dediyinə görə, müstəntiqlər Ənver Bqanba, Yuri Vanaba, Dmitri Ardzinba, Gennadi Aiba, Qoça Pilia, Masik Şakril və digər şəxsləri bu cinayətdə əli olub-olmadığını yoxlayırlar.

Daha əvvəl Petrenko izah etdi ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin müddəalarına əsasən, Rusiya Federasiyasının hüdudlarından kənarda cinayət törədən xarici vətəndaşlar, əgər cinayət Rusiya Federasiyasının vətəndaşına qarşı yönəldilmişdirsə, Rusiya qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb olunurlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə