Çin Rusiya və ABŞ arasında Səudiyyə Ərəbistanında aparılan danışıqları alqışlayır, çünki beynəlxalq məsələlərdə dialoq həmişə qarşıdurmadan yaxşıdır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu G20 ölkələrinin xarici işlər nazirliklərinin rəhbərlərinin görüşündə Çin Xarici İşlər Nazirliyinin rəhbəri Vanq Yi deyib.
…Ümid edirik ki, bu proses davam edəcək və müəyyən fikir ayrılıqları ola bilər, lakin dialoq həmişə qarşıdurmadan yaxşıdır, - diplomat bildirib.
Vanq Yi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla məhsuldar söhbət etdiyini də vurğulayıb və bu söhbət zamanı tərəflərin qarşılıqlı faydalı əməkdaşlığın vacibliyinə diqqət çəkib.
O, həmçinin əlavə edib ki, rusiyalı həmkarını “köhnə dost” hesab edir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Lavrov Ukraynadakı münaqişənin həlli ilə bağlı vəziyyəti və ABŞ-la münasibətləri çinli həmkarı Vanq Yi ilə G20 ölkələrinin xarici işlər nazirliklərinin rəhbərlərinin görüşü çərçivəsində müzakirə edib. Əlavə olaraq vurğulanır ki, Çin tərəfi böhranın başlanmasının əsas səbəblərini və insan hüquqlarına hörməti nəzərə alaraq Ukraynada hərbi əməliyyatlara son qoymağın zəruriliyini qeyd edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə