Çin dünyanın ən güclü lazer kamerasını yaradıb

…Çin alimləri xarici hərbi peykləri inanılmaz dəqiqliklə izləyə bilən güclü lazer kameranın yaradılması barədə məlumat veriblər.

SİA xəbər verir ki, bu barədə South China Morning Post (SCMP) məlumat yayıb.

Lazer kamera Çin Elmlər Akademiyasının Aerokosmik İnformasiya Tədqiqatları İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanıb.

Sınaqlar zamanı tədqiqatçılar obyektdən 100 kilometr məsafədə millimetr dəqiqliyi ilə yüksək ayırdetməli şəkillər çəkə biliblər.

Qeyd olunur ki, əvvəllər analoji lazer sistemlərinin belə məhsuldarlığı mümkün deyildi. Cihaz Çinin ucqar şimal-qərbindəki nəhəng yüksək dağlıq su hövzəsi olan Qinghai adasında sınaqdan keçirilib.

Casus kamera, geniş baxış sahəsinə malik lazer görüntüləmə sisteminin bir növü olan qabaqcıl sintetik diafraqma lidarına malikdir.

Ehtimal olunur ki, kamera xarici hərbi peyklərin hərəkətini dəqiq izləyə biləcək.

Mütəxəssislər bildiriblər ki, sınaqlar zamanı kamera gölün şimal sahilində obyektdən 101,8 kilometr məsafədə, ideal görünmə şəraitində quraşdırılıb.

Qurğu 1,7 millimetrə qədər olan detalları tanıya və 15,6 millimetrə qədər dəqiqliklə obyektlərə olan məsafəni təyin edə bilib.

Qeyd edilir ki, bu detal səviyyəsi aparıcı casus kameralarının nümayiş etdirdiyindən 100 dəfə yüksəkdir.

Noyabr ayında çinli alimlər elektromaqnit dalğalarını sinxronlaşdıra və dəqiq istiqamətləndirə bilən yeni tipli mikrodalğalı silahın yaradılmasını elan ediblər. Gələcəyin silahı “Ulduz döyüşləri”ndəki ölüm ulduzu orbital stansiyası ilə müqayisə edilib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə