Danimarka müdafiəyə 17 milyard dollar xərcləyəcək

Danimarka 2034-cü ilə qədər müdafiə xərclərinə 17 milyard dollar sərf etməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dünya hazırkı vəziyyətinə görə narahatedici görünür və tezliklə hər şeyin bitəcəyini düşünməyə əsas yoxdur.

O həmçinin qeyd edib ki, baş qərargah rəisinin verdiyi tapşırıq aydındır: “Alın, alın, alın!”. Bu, Danimarkanın müdafiə gücünü artırmaq istiqamətindəki strateji yanaşmasını əks etdirir.

Danimarka hökuməti müdafiə xərclərini maliyyələşdirmək üçün yumşaldılmış fiskal siyasət və gözlənilən büdcə gəlirlərinin artımından istifadə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə