…ABŞ prezidenti Donald Trampın administrasiyası nüvə silahı məsələlərində Çinlə yeni genişmiqyaslı razılaşmanı nəzərdən keçirir.
SİA xəbər verir ki, bu barədə New York Times (NYT) yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.
…Tramp ABŞ-a əhəmiyyətli Çin sərmayəsi və Amerika məhsullarının alınması ilə bağlı öhdəlikləri ehtiva edən sövdələşmədə maraqlıdır.
Bunu nəşr yazır yazır və onu da qeyd edir ki, Tramp nüvə təhlükəsizliyi ilə bağlı məsələləri Çin prezidenti Si Tsinpinlə danışıqlar zamanı “insani şəkildə” həll etməyi planlaşdırır.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun bildirib ki, Çin Rusiya və ABŞ ilə nüvə silahlarına nəzarət və BMT tərəfindən yaradılmış müvafiq mexanizmləri dəstəkləməyə hazırdır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə