Bu, ABŞ-ın Pearl Harborda Yaponiyaya hücum etdiyini deməyə bənzəyir

Bunu Boris Conson Trampın sözlərinə cavab kimi bildirib

…Çərşənbə günü, fevralın 19-da Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ABŞ prezidenti Donald Trampın son bəyanatlarının bir çoxunu təkzib edib.

O hesab edir ki, bu cür bəyanatlar Avropanı qəti addımlar atmağa sövq etməlidir.

SİA-nın məlumatına görə, bu barədə o, X sosial şəbəkəsində (Twitter) yazıb.

…Əlbəttə, bu müharibəni Ukrayna başlamadı. Bu, Amerikanın Pearl Harborda Yaponiyaya hücum etdiyini söyləməyə bənzəyir. Şübhəsiz ki, vəhşicəsinə işğal olunan ölkə seçki keçirməməlidir. 1935-1945-ci illərdə Britaniyada ümumi seçki keçirilməmişdir. Təbii ki, Zelenskinin reytinqi 4 faiz deyil. Əslində, o, Trampla təxminən bərabərdir.

Conson deyib bunu.

O, əlavə edib ki, Trampın bəyanatları tarixi cəhətdən dəqiq olmaq üçün nəzərdə tutulmayıb – onlar avropalıları hərəkətə keçirmək üçün şoka salmaq məqsədi daşıyır.

Conson həmçinin əsasən Belçikada yerləşən dondurulmuş Rusiya aktivlərinin 300 milyard dollarını qeyd edib.

…Bu, Ukraynaya ödəniş etmək və ABŞ-a verdiyi dəstəyə görə kompensasiya ödəmək üçün istifadə oluna bilən və istifadə edilməli olan puldur.

Bunu da Conson deyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə