Rusiyada qiymətlər 5-10 faiz ucuzlaşa bilər, amma...

Ekspert şərtlərin adını çəkib...

...İdxalçılar qısamüddətli dalğalanmalara və rublun möhkəmlənməsinə baxmayaraq, xarici malların dəyərini azaltmağa tələsmirlər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Freedom Finance Global-ın analitiki Vladimir Çernov izah edib ki, bu, şirkətlərin topdansatış alışları zamanı aktual olan köhnə məzənnə ilə alınmış malları satması ilə bağlıdır.

Bununla belə, rubl 10-20 faiz möhkəmlənsə və uzun müddət bu səviyyələrdə qalsa, idxal mallarının qiymətləri 5-10 faiz azala bilər.

Çernov aydınlaşdırıb ki, belə bir azalma yalnız əvvəlki məzənnə ilə alınmış cari inventar satıldıqdan sonra mümkündür.

Analitik “RİA Novosti”yə müsahibəsində vurğulayıb ki, xarici malların və ərzaq məhsullarının qiymətlərinin düşməsi çətin ki, məzənnə dəyişikliyi qədər əhəmiyyətli olsun, lakin rublun məzənnəsi 2-3 ay ərzində sabit qalarsa, cüzi azalma tamamilə mümkündür.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə