ABŞ Çin və Braziliyadan Ukraynaya sülhməramlılar göndərmək istəyir?

Bu qüvvələrin atəşkəs xətti boyunca yerləşdiriləcəyi gözlənilir.

...ABŞ rəsmiləri atəşkəs olacağı təqdirdə Ukraynaya, o cümlədən qeyri-Avropa ölkələrindən sülhməramlıların göndərilməsini təklif ediblər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb.

Jurnalın məlumatına görə, söhbət ilk növbədə Braziliya və ya Çindən olan hərbi kontingentdən gedir.

ABŞ vitse-prezidenti Cey Di Vance, yalnız avropalılardan ibarət qüvvələrin çəkindirmədə daha az təsirli olacağını söyləyib.

Bunu nəşrin jurnalistləri qeyd edib.

Bu qüvvələrin bufer zonasının yaradılması üçün atəşkəs xətti boyunca yerləşdiriləcəyi gözlənilir.

Həmçinin Ukraynaya sülhməramlılarını göndərə biləcək ölkələr arasında Böyük Britaniya, Fransa, Almaniya və Polşanın da olacağı gözlənilir.

Bundan əlavə, yanvarda Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin təhlükəsizliyinin mümkün qarantı kimi ölkədə Amerika qoşunlarının yerləşdirilməsində israr etmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə