Cənubi Kuril adaları yaxınlığında zəlzələ baş verib

Cənubi Kuril adaları sahillərində zəlzələ qeydə alınıb.

SİA-nın məlumatına görə, RİA Novosti bu barədə Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenovaya istinadən xəbər verir.

Zəlzələnin episentri Sakit okeanda olub.

Ən yaxın ada 101 kilometr şimalda yerləşir - bu Simuşirdir. Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib. Mütəxəssisin dediyinə görə, həssaslıq barədə məlumat yoxdur. Sunami xəbərdarlığı verilməyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə