Başqırdıstanda 14 avtomobilin iştirakı ilə güclü yol qəzası baş verib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin respublika idarəsinin mətbuat xidmətindən məlumat verilib.
Qəza R-240 federal magistralının 74-cü kilometrliyində, Aurqazinski rayonunun Novıy Kalçir kəndi yaxınlığında baş verib. Toqquşma nəticəsində xəsarət alan olmayıb.
Səkkiz yaşlı uşaq da daxil olmaqla 3 nəfər yaralanıb.
Onlar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşları, xilasedicilər və həkimlər gəlib.
KAMAZ markalı yük maşını əsasında səyyar istilik məntəqəsi də fəaliyyətə başlayıb. Hazırda magistral yolda avtomobillərin hərəkəti bir zolaqla məhdudlaşdırılıb.
Dekabrın sonunda Krımda Dubki-Levadki yolunun 14-cü kilometrliyində böyük qəza baş verib. Duman zamanı zəif görmə səbəbindən yük maşını da daxil olmaqla 19 avtomobil toqquşub.
Bir neçə gün əvvəl Moskvada yük maşını və avtobusun iştirakı ilə kütləvi qəza baş verdiyi barədə xəbərlər yayılmışdı. Marşal Qolovanov küçəsi ilə Novoçerkasski bulvarının kəsişməsində baş verən qəza nəticəsində 15 nəfər xəsarət alıb. Toqquşmaya avtobus sürücüsünün xüsusi siqnallarla Fövqəladə Hallar Nazirliyinin avtomobilinə yol verə bilməməsi səbəb olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə