İsrail Qəzzada girov saxlanılanların sayını açıqladı

"Qəzza zolağında hələ də 73 girov saxlanılır". SİA xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bildirib. Gendelman əlavə edib ki, Fələstinin radikal HƏMAS hərəkatı ilə razılaşmanın birinci mərhələsi çərçivəsində indiyədək 19 girov azad edilib. Daha 14 girovun da İsrailə qayıdacağı gözlənilir.

Netanyahunun ofisinin müşaviri vurğulayıb ki, İsrail tərəfi bütün girovları evlərinə qaytarmaq üçün əlindən gələni etmək üçün mənəvi və etik öhdəlik daşıyır. Yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. 42 gün davam edəcək atəşkəsin birinci mərhələsi çərçivəsində HƏMAS bütün qadın və uşaqlar da daxil olmaqla 33 israilli girovu azad edəcək. İsrail buna cavab olaraq azad edilmiş hər mülki şəxs üçün 30, hər əsgər üçün isə 50 fələstinli məhbusu azad edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə