Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının yeddi silahlısı öldürülüb. SİA xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, İraqın şimalında Kandil bölgəsində fevralın 12-də keçirilən havadan əməliyyat nəticəsində dörd, fevralın 14-də isə ölkənin Metina bölgəsində isə üç terrorçu öldürülüb.
Qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələri terrora qarşı qabaqlayıcı və yoxedici əməliyyatlarını davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə