Rusiyanın 7 hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilir. SİA xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Bildirilib ki, Həştərxan, Vladiqafqaz, Volqoqrad, Qroznı, Kaluqa, Saratov və Ulyanovsk hava limanlarında təyyarələrin eniş və uçuşu dayandırılıb.
Məhdudiyyətin mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün bu gün səhər saatlarından tətbiq edildiyi qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə