“Viktor Velikiy” gəmisi sınaqlara çıxıb...

Rusiya Hərbi Dəniz Qüvvələri üçün inşa edilən 22160 layihəli “Viktor Velikiy” patrul gəmisi Baltik dənizində zavod dəniz sınaqlarına daxil olub.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Strategiya və Texnologiyaların Təhlili Mərkəzi (CAST) Telegram-da məlumat yayıb.

Qeyd olunur ki, layihənin beşinci gəmisinin sınaqları fevralın 8-də başlayıb.

“Viktor Velikiy” Zelenodolsk Qorki zavodunda hazırlanıb. 2016-cı ilin noyabrında təməli qoyulub və 7 may 2024-cü ildə “Viktor Velikiy” gəmisi suya salınıb.

Layihə 22160 patrul gəmiləri ərazi sularını qorumaq, eksklüziv iqtisadi zonada patrul etmək, dəniz fəlakətləri qurbanlarının axtarışı və qaçaqmalçılıq fəaliyyətinin qarşısını almaq üçün nəzərdə tutulmuşdur.

Gəminin arsenalına AK-176MA artilleriya qurğusu və pulemyotlar daxildir. Onlar həmçinin Kalibr və ya Kh-35 raketləri ilə konteyner silahlanma modulu ilə təchiz oluna bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə