Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında əməliyyat keçirib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat çərçivəsində İraqın şimalındakı Haftanin və Pəncə-Kilid əməliyyat bölgələrində 3 PKK terrorçusu, Suriyanın şimalındakı "Barış pınarı" bölgəsində isə 4 PKK/YPG terrorçusunu öldürülüb.
Məlumatda antiterror əməliyyatlarının davam etdirildiyi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə